RU

"Ukraynalılar Zelenskiyə inanmır" - Tramp

Amerika lideri Donald Tramp bəyan edib ki, Ukrayna vətəndaşları arasında Volodimir Zelenskiyə inam səviyyəsi aşağıdır.

"Unikal" xəbər verir ki, ABŞ prezidentinin çıxışı "Associated Press"in "YouTube" kanalında yayımlanıb.

Tramp münaqişəni dayandırmaq üçün Kiyevin ərazi güzəştlərini dəstəkləyib-dəstəkləmədiyi ilə bağlı sualı cavablandırıb.

"Zelenski lazım olanı etməli olacaq, lakin onun reytinqləri, yumşaq desək, o qədər də yüksək deyil”, –  AP amerikalı liderdən sitat gətirib. 

Xatırladaq ki, fevralın 12-də Rusiya və ABŞ prezidentləri arasında  təxminən bir saat yarım davam edən telefon danışığı olub. Söhbət zamanı iki ölkə liderləri  gələcək əlaqələri, o cümlədən danışıqları müzakirə ediblər.

Gülayə Mecid 

Избранный
18
33
unikal.az

10Источники