Bu günlərə hökumətə yaxın media resurslarında Rusiya ilə gizli əlaqə quraraq, Kremlə cəsusluq edən məmurların adıları açıqlanmışdı.
Hurriyyet.az xəbər verir ki, həmin siyahıda Prezident Admnistrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev, sabiq mədəniyyət naziri Əbülfəz Qarayev, mərhum gənclər və idman naziri Azad Rəhimov, sabiq XİN başçısı Elmar Məmmədyarov və Rəhimovun qaynının adları qeyd edilmişdi.
Bu yazıdan sonra adları çəkilən keçmiş məmurların hamısı açıqlama yayaraq, cəsus olmadıqlarını, onlara “böhtan” atıdlğını bildirmişdilər.
Rusiyaya cəsusluq etməkdə adı çəkilən əsas şəxslərdən biri Mehdiyev idi ki, onun haqqında bu deyilənlər yeni deyil. Hələ uzun illər əvvəl də mediada sabiq PA rəhbərinin Rusiya ilə sıx və gizli əlaqədə olmasına dair xeyli iddialar səsləndirilmişdi.
Bir müddətdir Ramanı qəsəbəsindəki bağ evinə çəkilən Ramiz Mehdiyev, gözdən uzaq qalmağa çalışıb. Lakin son hadisələrdən sonra Ramanıdakı bağ evində hərəkətlilik artıb. Yaxınlıqda yaşayan sakinlərin verdiyi məlumata görə, son iki gündə sözügedən bağ evinə gələnlərin sayı bir qədər artıb.
Onlar əvvəllər belə gəliş-gedişin az olduğunu, ara-sıra müşahidə edildiyini bildiriblər. Qonşular bu intensivliyin səbəbini bilmədiklərini də vurğulayıblar.
Qeyd edək ki, Tribunainfo.az-da bu intensivliyin səbəbini dəqiqləşdirə bilməyib. Güman olunur ki, Rusiyaya cəsusluq məsələsi ortaya çıxdıqdan sonra Mehdiyev özünə yaxın adamları başına toplayaraq, məşvərət edib.
Bu əsnada bildirək ki, Ramiz Mehdiyevin Ramanıdakı bağ evi 32 hektar ərazidə inşa edilib. Həmin torpaq sahəsi onun, həyat yoldaşının və oğlu Timur Mehdiyevin adınadır. Ərazi kənd təsərrüfatı təyinatlı olduğundan, Mehdiyev hətta bir müddət istifadə etdiyi bağ evi üçün Kənd Təsərrüfatı Nazirliyindən subsidiya da alırmış.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Tribunainfo.az