RU

Qanunsuz saxlanılan odlu silah-sursat aşkar edildi

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Avtosfer.az xəbər verir ki, bu məlumatı DİN mətbuat xidməti verib. 

Fevralın 12-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 10 qumbara, 3 alışdırıcı, 21 tüfəng, 10 patron darağı və 3497 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Избранный
8
49
avtosfer.az

10Источники