RU

Pezeşkian sözünü dəyişdi - İstefa verməyəcəyəm

İran Prezidenti Məsud Pezeşkian istefa verəcəyi barədə məlumatları təkzib edib və axıra kimi vəzifəsini icra edəcəyini deyib.

O, bu barədə dünən Buşehr şəhərindəki çıxışı zamanı bildirib.

"İslamın, dinimizin, məmləkətimizin şərəf və qüruru üçün çalışıram və sona qədər qalacağam",- o vurğulayıb.

Pezeşkian bu sözləri Əli Xaməneinin Amerika ilə danışıqları qadağan etməsindən sonra Prezidentin istefa verəcəyi barədə xəbərlərin yayılmasından sonraya təsadüf edir.

Qeyd edək ki, Məsud Pezeşkian seçki qabağı təbliğat kampaniyasında dəfələrlə bildirmişdi ki, verdiyi vədləri yerinə yetirə bilməyəcəyi halda istefaya gedəcək.

Onun əsas vədlərindən biri də Qərblə danışıqlara başlamaq və sanksiyaların götürülməsinə çalışmaq idi. 

Visiontv.az



Избранный
52
visiontv.az

1Источники