RU

"Nike" və "Adidas"a rəqib olan məşhur geyim şirkəti iflas etdi

Dünyaca məşhur idman geyimləri şəbəkələrindən olan \"Billabong\", \"Quiksilver\" və \"Volcom\" brendlərinin sahibi iflas edib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, \"Nike və \"Adidas\" kimi tanınmış markaların ən böyük rəqibi olan şirkət 124 mağazasını bağlayacaq.

Bir vaxtlar sörf və skeytbord mədəniyyətinin simvolu olan sözügedən firmalar xüsusilə gənclər arasında böyük populyarlıq qazanıb.
 
Ancaq son illərdə idman geyimi sənayesində baş verən sürətli dəyişiklik və digər nəhəng brendlərin daha yaxşı inteqrasiyası bu markaların bazar payını sürətlə azaldıb.
 
Şirkətdən verilən məlumata görə, mağazalardakı hədiyyə kartları 16 fevral tarixindən etibarən yararsız olacaq.
 
Bu, mağazanın bağlanması prosesinin sürətlənə biləcəyini göstərir.
 
Həmçinin bildirilib ki, şirkətin cəmi 3,3 milyon dollar nağd pul ehtiyatı qalıb ki, bu da əməliyyatları bir həftə davam etdirmək üçün kifayət edəcək.
  
Mikayıl
Избранный
3
azxeber.com

1Источники