"Turan" İnformasiya Agentliyi (İA) fəaliyyətini dayandırır.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə agentliyin saytında müraciət dərc olunub.
Agentliyin direktoru Mehman Əliyevin kollektiv adından yaydığı müraciətdə bildirilib ki, "Turan" İA maliyyə çətinlikləri ilə bağlı mövcud formatda fəaliyyətini dayandırır.