RU

DYP-dən əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT

Bakı. Trend:

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlısürücülərə müraciət edib.

Trend xəbərverir ki, bu barədə DYP məlumat yayıb.

Bildirilib ki, sinoptiklərin məlumatına əsasən, fevralın 14-dəBakıda və Abşeron yarımadasında, eləcə də bir sıra bölgələrdə yağışyağacağı, dağlıq rayonlarda yolların buz bağlaması gözlənilir.

"Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək onlarıyağışlı havalarda sürət həddini minimuma endirməyə, ara məsafəsininormadan artıq saxlamağa, qəfil manevr və kəskin tormazlamaetməkdən çəkinməyə, nəqliyyat vasitələrinin texniki sazlığındanəmin olmağa çağırır.

Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı yüksəkolduğundan mövsümə uyğun təchiz edilməyən, xüsusilə şinləri qışmövsümünə uyğun olmayan, eləcə də texniki-təhlükəsizlik baxımındanköhnə avtomobillərlə həmin bölgələrə səfərlərin mümkün qədər təxirəsalınması, təcrübəsiz sürücülərin buzlu yollarda avtomobil idarəetməkdən çəkinməsi tövsiyə olunur", - deyə məlumatda qeydedilib.

Məqalədə:
Избранный
17
45
az.trend.az

10Источники