RU

Türkiyə və Pakistan arasında 24 əməkdaşlıq sazişi imzalanıb

Bakı, TurkicWorld

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şərif İslamabadda keçirilən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yeddinci iclasına rəhbərlik ediblər.

TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, görüşün sonunda iki ölkə arasında "Strateji Tərəfdaşlığın Dərinləşdirilməsi, Şaxələndirilməsi və İnstitutlaşdırılması" adlı birgə bəyannamə imzalanıb.

Bundan əlavə, hərbi, enerji, ticarət, kənd təsərrüfatı, elm və texnologiya, maliyyə, səhiyyə və media sahələrini əhatə edən 24 əməkdaşlıq sazişi bağlanıb. Sənədləri hər iki ölkənin nazirləri və rəsmi qurumlarının rəhbərləri imzalayıb.

Sazişlər arasında hərbi və mülki personalların mübadiləsi, enerji sahəsində əməkdaşlıq, ticarət və investisiyaların inkişafı, eləcə də mədəni və dini əməkdaşlıq sahəsində razılaşmalar yer alıb.

Избранный
53
44
turkic.world

10Источники