RU

Ötən ay əhali əczaçılıq məhsullarına 112 milyon manat xərcləyib

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanda istehlakçılara 112,3 milyonmanat dəyərində əczaçılıq məhsulları və tibbi ləvazimatlarsatılıb.

Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbərverir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1milyon manat və ya 5,7% çoxdur.

Əczaçılıq məhsulları və tibbi ləvazimatların ölkənin ticarətdövriyyəsində yekunda xüsusi çəkisi 2,3% təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar ayında pərakəndə ticarətşəbəkəsində istehlakçılara 4,8 milyard manatlıq, o cümlədən 2,6milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları,2,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

2024-cü ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarətdövriyyəsi real ifadədə 3,7%, o cümlədən ərzaq məhsulları, içkilərvə tütün məmulatları üzrə 1,8%, qeyri-ərzaq malları üzrə 6,1%artıb.

Избранный
2
1
az.trend.az

2Источники