RU

Tramp Putinə GÖZ YUMUR: “İmkan verir ki, Rusiya işğalını bir qədər genişləndirsin”

“Tramp imkan verir ki, Rusiya öz işğalını bir qədər genişləndirsin”.

Bu fikri Trampa Putin arasında telefon danışığı, Zelenskinin torpaq mübadiləsi iddiası və Ukrayna müharibəsinin gedişatını Yenicag.az-a şərh edən hərbi ekspert Şair Ramaldanov deyib.

O, bildirib ki, sahədə üstün olan masada da üstün olacaq:

“Bu gün, əgər Rusiyanın apardığı bu döyüşlərdə üstünlüyü varsa, gündə 1-2 yaşayış məntəqəsi əldə edə bilirlərsə, demək, Rusiya söz sahibi olacaq. Trampı nə Ukrayna, nə də Avropa maraqlandırır. Geosiyasi arenada gedəcək yeni bölüşdürmədə Tramp Rusiyanı uzaqlaşdırmaqdansa, yaxınlaşdırmaq meyli var. Geosiyasi arenada Rusiyanın çəkisi kifayət qədər böyükdür və təsir mexanizmləri çoxdur. Ona görə də Tramp Putinə isti münasibətlərin göstərməsi, onun haqqında komplimentlər deməsi elə-belə deyil”.

Onun sözlərinə görə, Zelenski hazırda qeyri-legitim prezidentdir:

“Əgər Zelenski mane olmağa çalışsa, qeyri-legitimliyini bəhanə gətirərək, onu oyundan çıxaracaqlar. Düşünürəm ki, Tramp Rusiya ilə hər bir münasibəti gələcəkdə ABŞ-yə nə verəcək prizmasından baxır. Düşünmürəm ki, Kurskla hansısa başqa ərazi dəyişdirilə bilər. Putinin şərtləri dəyişmir, sadəcə əvvəlki şərtlərə əlavə olaraq işğal etdiyi torpaqların Rusiyaya qalmasıdır. Tramp qısa zamanda bitəcəyini desə də, məsələ uzanır. Düşünürəm ki, buna səbəb Tramp imkan verir ki, Rusiya öz işğalını bir qədər genişləndirsin”.

Səxavət Məmməd

Избранный
3
yenicag.az

1Источники