RU

Somali Prezidenti komando hərbi hissəsində olub

Ölkəmizdə səfərdə olan Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud və müdafiə naziri Abdulkadir Məhəmməd Nur fevralın 13-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə sənayesi naziri Vüqar Mustafayevlə birlikdə Azərbaycan Ordusunun komando hərbi hissələrinin birində olublar.

Mia.az xəbər verir ki, əvvəlcə hərbi hissədə fəxri qarovul dəstəsinin müşayiəti ilə qarşılanma mərasimi keçirilib.

Избранный
6
20
mia.az

3Источники