RU

Azərbaycan millisindən Avropa çempionatında növbəti MƏĞLUBİYYƏT

Bakıda badminton üzrə Avropa komanda çempionatı davam edir.

İkinci turda İspaniya yığması ilə qarşılaşan Azərbaycan millisi 2:3 hesabı ilə məğlub olub.

Şəxsi görüşdə Edi Reski Dviçayo rəqibinə qalib gəlib (2:1), ardınca Diki Dvi Pangestu ilə duetdə növbəti qələbəsini qazanıb (2:0). Diki Dvi Pangestu və Keişa Fatimə Zəhradan ibarət qarışıq cütlük görüşdə məğlub olub (0:2). Zəhra şəxsi görüşdə də rəqibinə uduzub (0:2). Son görüşdə isə qadınlardan ibarət Leyla Camalzadə-Xadjar Nuriyeva cütlüyü rəqiblərinə məğlub olub (0:2).

Daha əvvəl millimiz İngiltərəyə (2:3), İspaniya isə Danimarkaya (0:5) uduzub.

Günün digər oyununda isə Danimarka millisi İngiltərəni 4:0 məğlub etməyi bacarıb.

Bu gün baş tutacaq digər oyunlar:

Fransa - Niderland

Çexiya - Almaniya

Qeyd edək ki, millimiz fevralın 14-də Avropa çempionu Danimarka ilə qarşılaşacaq.

Mənbə: oxu.az

Избранный
38
1
oxu.az

2Источники