“Avropa Parlamentinin qətnaməsinin ədalətsiz mahiyyəti və məzmunu nəzərə alınmaqla bizim üçün heç bir dəyəri yoxdur”
Publika.az xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
Hökumət başçısının sözlərinə görə, Avropa Parlamenti indiyədək Gürcüstanla bağlı beş qətnaməni təsdiqləyib və onların hamısı bir-birindən daha az ciddi olub. Kobaxidzenin sözlərinə görə, bu, Avropa Parlamentində başlanmış növbəti, altıncı, qeyri-ciddi layihədir.
“Avropa Parlamentinin qətnaməsinin ədalətsiz mahiyyəti və məzmunu nəzərə alınmaqla bizim üçün heç bir dəyəri yoxdur. Reallıq ondan ibarətdir ki, Gürcüstanda ölkə demokratik şəkildə idarə olunur, müxalifət mahiyyət etibarı ilə antidemokratikdir, lakin siz görürsünüz ki, Avropa Parlamentinin qətnamələrində bəzən radikal müxalifət, radikalizm və ABŞ-ın yeni administrasiyasının bu gün açıq şəkildə tənqid etdiyi hər şey ifadə olunur”, - deyə İrakli Kobaxidze bildirib.