RU

Kimlər mülki inspektor ola bilər? — AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyinin Kollegiyası qərarına edilən dəyişikliklə polisə ictimai dəstək olanlar mülki inspektor hesab ediləcək və bu, onlar üçün hazırlanan xüsusi geyim formasının üzərində həkk olunacaq.

Bəs mülki inspektor vəzifəsinə namizəd olmaq üçün hansı tələblər mövcuddur və bu vəzifə maaşlı olacaqmı?

Mövzu ilə əlaqədar “Polisə Dəstək” İctimai Birliyinin rəhbəri Şəmsəddin Əliyev Metbuat.az-a açıqlamasında bildirib ki, 2016-cı il aprelin 20-də də Kollegiyanın belə bir qərarı mövcud idi. Lakin fərq ondadır ki, həmin vaxt bu, "polisə ictimai dəstək" adlanırdı, indi isə "mülki inspektor" ifadəsi ilə əvəz olunub:

“O dövrdə ölkə Prezidenti, möhtərəm İlham Əliyev cinayətkarlıqla mübarizədə ictimaiyyətin dəstəyini təmin etmək məqsədilə belə bir sərəncam imzalamışdı və bu çərçivədə "polisə ictimai dəstək" adlı qurum yaradılmışdı. Mülki inspektorlar polisin fəaliyyət istiqamətlərinə uyğun şəkildə fəaliyyət göstərəcəklər. Onlar narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə aparmaq, ictimai asayişin qorunmasında iştirak etmək və digər təhlükəsizlik tədbirlərində yer almaq kimi vəzifələri icra edəcəklər. Gələcəkdə isə bu gənclər polis sıralarına qəbul olunduqdan sonra sıravi polis, serjant rütbələri ala biləcəklər. Müxtəlif polis bölmələrində, o cümlədən post-patrul xidmətində və polis-sahə məntəqələrində onlara ehtiyac var. Onların xüsusi geyim forması, müvafiq döş nişanı və vəsiqələri olacaq. Vəsiqənin üzərində yalnız "vəsiqə" sözü yazılacaq və Daxili İşlər Nazirliyinin adı orada həkk olunmayacaq. İçəridə isə ad, soyad, atasının adı və qüvvədə olma müddəti qeyd ediləcək, müvafiq möhür və imza ilə təsdiqlənəcək”.

Kimlər mülki inspektor ola bilər?

Ş.Əliyev qeyd edib ki, hərbi xidmətdə olmuş sağlam insanlar, əvvəllər məhkumluğu olmayan və yaş həddi 24-dən yuxarı olmayan şəxslər mülki inspektor ola bilər. Boy məsələsi ilə bağlı rəsmi tələb olmasa da, bu amilə də diqqət yetirilir, çünki gələcəkdə bu şəxslərin polis sıralarına qəbul olunması nəzərdə tutulur. Minimal boy həddi 170 sm-dir, lakin daha hündür olmaq üstünlük hesab edilir. Dövlət tərəfindən onlara əməkhaqqı veriləcək. Onların vəzifələri Kollegiya qərarında açıq şəkildə qeyd olunub: ictimai asayişin qorunmasında iştirak. Hansı polis şöbəsinə və ya idarəsinə təhkim olunacaqları isə müvafiq polis rəisləri tərəfindən müəyyən ediləcək. Hər gün onlar üçün təlimatlar keçiriləcək, axtarışda olan şəxslərlə bağlı məlumatlar veriləcək. Bu inspektorların geniş ərazilərdə fəaliyyət göstərə bilməsi üçün kifayət qədər təlim keçmələri təmin olunacaq”.

Избранный
9
1
demokrat.az

2Источники