RU

Jurnalistlərlə bağlı DƏHŞƏTLİ STATİSTİKA: 124 müxbir və media işçisi...

2024-cü il tarixdə jurnalistlər üçün ən ölümcül il olub.

Publika.az xəbər verir ki, bu barədə Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) yeni hesabatında qeyd olunub.

Bildirilib ki, dünyada müxtəlif hücumlar və münaqişələr nəticəsində azı 124 müxbir və media işçisi həlak olub. Ən çox itki Qəzzadakı silahlı münaqişələrdə olub. Ölənlərin təxminən üçdə ikisi İsrail və HƏMAS arasında hərbi əməliyyatlar zamanı həyatlarını itirənlərdir.

Bundan əvvəlki kədərli rekord 2007-ci ildə İraq müharibəsində 113 jurnalistin öldürülməsi ilə qeydə alınıb. Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) hesabatı həmçinin Sudan, Pakistan, Meksika və Suriya da daxil olmaqla digər ölkələrdə çoxsaylı zorakılıq hallarına işarə edir. Ekspertlərin fikrincə, bu, jurnalistlərin təhlükəsizliyi ilə bağlı böhranın qlobal kontekstini göstərir.

Məlumata görə, Qəzzadakı qarşıdurma zamanı 82 jurnalist, İsraillə HƏMAS arasında döyüşlərin getdiyi Livanda isə daha 3 jurnalist həlak olub. İstintaq müəyyən edib ki, azı 10 halda jurnalistlər qəsdən hədəfə alınıb. CPJ qətllərin qəsdən olub-olmadığını müəyyən etmək üçün ən azı 20 oxşar işi hələ də araşdırır.

İsrail rəsmiləri, o cümlədən İsrail Müdafiə Qüvvələri jurnalistlərə qarşı hücumları rədd edərək, heç vaxt media nümayəndələrini hədəf almadıqlarını bildiriblər. "Reuters"ə verilən açıqlamada zərbələrin yalnız hərbi hədəfləri və yaraqlıları hədəf aldığı bildirilib. Lakin "Əl-Cəzirə" bu iddiaları qəti şəkildə təkzib edib.

CPJ-in statistikası təsdiq edir ki, dünyada silahlı münaqişələrin sayının artması fonunda jurnalistlər üçün mühit getdikcə daha təhlükəli olur. Sudan və Pakistanda altı, Meksikada isə beş müxbir öldürülüb. Dörd jurnalistin isə zorakılığın qurbanı olduğu Suriyada vəziyyət hələ də təhlükəli olaraq qalır.

Избранный
8
publika.az

1Источники