RU

Modelyer Elnarə Bəkirovanın atasını öldürməkdə təqsirli bilinənlərə 19 il iş verildi

Bakı. Trend:

Modelyer Elnarə Bəkirovanın atasını öldürməkdə təqsirli bilinənMustafa Zeynalov və Namiq Əliyevin məhkəmə istintaqıyekunlaşıb.

Trend-inməlumatına görə, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsininhakimi Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə elanedilib.

Dövlət ittihamçısı Babaxan Həsənəliyev ittiham nitqi ilə çıxışedərək məhkəməyə təqsirləndirilən şəxslərin 20 il müddətinəazadlıqdan məhrum edilməsini təklif edib.

Vəkillər müdafiə çıxışı etdikdən sonra təqsirləndirilən şəxslərson söz deyiblər.

Məhkəmə qısa müşavirədən sonra hökmü elan edib.

Hökmə əsasən, Mustafa Zeynalov və Namiq Əliyev 19 il müddətinəazadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2023-cü il aprelin 6-da paytaxtın Sabunçurayonunda fərdi əmək fəaliyyəti ilə məşğul olan 1954-cü iltəvəllüdlü Kamran Bəkirovun üzərində olan 300 min manatla itkindüşməsi barədə polisə məlumat daxil olub.

Polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirlərinəticəsində həmin şəxsin öldürülməsi və meyitinin gizlədilməsiməlum olub.

Davam etdirilən təxirəsalınmaz tədbirlərlə cinayət əməlinitörətməkdə şübhəli bilinənlər - əvvəllər məhkum olunan 1953-cü iltəvəllüdlü Mustafa Zeynalov və 1984-cü il təvəllüdlü Namiq Əliyevsaxlanılıb.

İstintaqla Mustafa Zeynalov və qohumu Namiq Əliyevin cinayətəlaqəsinə girərək üzərində olan külli miqdarda pul vəsaitini ələkeçirmək məqsədilə Kamran Bəkirovu xüsusi amansızlıqla qəsdənöldürmələri, daha sonra cinayətin izini gizlətmək məqsədilə meyitisu quyusuna atmaları və həmin pulu ələ keçirmələrinə əsaslışübhələr müəyyən edilib.

Mustafa Zeynalov və Namiq Əliyevə Cinayət Məcəlləsinin 120.2.1,120.2.4, 120.2.6, 120.2.11 (bir qrup şəxs tərəfindən başqa cinayətigizlətmək və quldurluqla əlaqədar xüsusi amansızlıqla adamöldürmə), 181.3.2 və 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək vəzərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq)maddələrilə ittiham elan edilib.

Qeyd edək ki, qətlə yetirilən 69 yaşlı Kamran Bəkirov biznesmenolub. O, rəssam-modelyer Elnarə Bəkirovanın atasıdır.

Məqalədə:
Избранный
24
24
az.trend.az

10Источники