RU

Azərbaycan-Somali münasibətlərində qarşılıqlı dəstək mühüm istiqamətdir - Vüqar Rəhimzadə

Bakı. Trend:

Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu,möhkəmlənən mövqeyi bu gün müxtəlif dövlətlərlə istər ikitərəfli,istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrininkişafında, yeni istiqamətlərin müəyyənləşdirilməsində özününaydın ifadəsini tapır. Çoxşaxəli xarici siyasət həyata keçirənAzərbaycan tarixi Zəfərə imza atmaqla, ərazi bütövlüyünü vəsuverenliyini tam bərpa etməklə yaratdığı reallıqlar əsasındaəməkdaşlığın coğrafiyasını daha da genişləndirir. Qarşılıqlısəfərlər, müxtəlif mövzularda bu və ya digər ölkələrdə, o cümlədənAzərbaycanda keçirilən tədbirlər əlaqələrin inkişafında mövcudimkanların təhlilinə geniş imkanlar yaradır. Azərbaycanın qeydolunan istiqamətlərdə qazandığı uğurlar göz qabağındadır. Buimkanları qiymətləndirmək üçün təkcə son illərdə Prezident İlhamƏliyevin xarici ölkələrə, eyni zamanda, həmin ölkələrin dövlətbaşçılarının Azərbaycana səfərlərinin say tərkibinə, imzalanansənədlərə diqqət yetirmək kifayətdir.

Məlum olduğu kimi, fevralın 12-də Somali FederativRespublikasının Prezidenti Hasan Şeyx Mahmud ölkəmizə səfər etdi.Prezidentlərin təkbətək və geniş tərkibdə görüşləri, mətbuata birgəbəyanatları, həmçinin imzalanan sənədlər tərəflərin əlaqələrininkişafında maraqlı olduqlarını bir daha nümayiş etdirdi.Azərbaycan ilə Somali arasında diplomatik əlaqələrin qurulduğu2004-cü ildən ötən dövr ərzində, xüsusilə son illərdəAzərbaycan-Somali təmaslarının artması əməkdaşlıq perspektivlərininmüzakirəsində faydalı rol oynayır. İki ölkə arasında müxtəlifistiqamətlər, o cümlədən kənd təsərrüfatı, neft və qaz sənayesi,yaşıl enerji, humanitar, təhsil sahələri üzrə əməkdaşlığın inkişafıüçün kifayət qədər geniş potensial mövcuddur. Bu istiqamətlərdəqarşılıqlı təmasların və təcrübə mübadilələrinin aparılması xüsusiəhəmiyyətə malikdir. Prezident İlham Əliyev mətbuata bəyanatındasəfəri tarixi səfər kimi dəyərləndirərək belə bir əminliyi ifadəetdi ki, ölkələrimiz arasında sıx dostluq münasibətlərində yenisəhifə açılacaq.

Trend xəbərverir ki, bu fikirləri Milli Məclisin deputatı VüqarRəhimzadə bildirib.

Millət vəkili vurğulayıb ki, görüşlərdə geosiyasi vəziyyət,ölkələrimizin üzləşdikləri çağırışlar geniş müzakirə edildi:

"Bir daha vurğulandı ki, hər bir ölkə üçün siyasi sabitlikinkişafı təmin edən ilkin şərtdir. Azərbaycan ən sabit, təhlükəsizölkə kimi tanınır, nüfuz qazanır. Ölkəmizdə sabitliyin, normaliqtisadi mühitin mövcudluğu investisiya axınının sürətlənməsində özsözünü deyir. Statistik rəqəmlərə nəzər salsaq son 20 ildə ölkəiqtisadiyyatına yatırılan 310 milyard dollar investisiyanın 200milyardının qeyri-neft sektorunun payına düşdüyünü görərik.Azərbaycan investisiya cəlbediciliyini qorumaqla yanaşı, eynizamanda, bu və ya digər ölkələrə investisiya yatırır. SomaliPrezidentinin səfəri çərçivəsində Azərbaycanın sərmayələrin cəlbedilməsində və müsbət işgüzar mühitin yaradılmasında əldə etdiyitəcrübəni bölüşən Prezident İlham Əliyev ən vacib sahələrdən birikimi təhsili önə çəkdi. O da məlumdur ki, səfər çərçivəsindəəlaqələrin inkişafında hüquqi baza rolunu oynayan sənədlərinimzalanması mərasimi keçirildi ki, onlardan biri təhsil iləbağlıdır. Somalidən bir sıra tələbə Azərbaycanda Heydər Əliyevadına təqaüd əsasında təhsil alır. İmzalanmış sənəd onların sayınıartırmaq imkanını yaradacaq. İlkin mərhələdə on tələbə təhsilalacaq. Sonra isə onların sayı daha çox ola bilər. Onlarınuniversitetlərimizdə müasir təhsil proqramlarında iştirak etməkimkanı olacaq və bu,Somalinin iqtisadi inkişafına fayda verəcək. Bustrateji yanaşma Azərbaycanın Afrikada etibarlı və səmimi tərəfdaşkimi qəbul olunmasına şərait yaradır".

Vüqar Rəhimzadə onu da qeyd edib ki, iki ölkə arasındaəlaqələrin inkişafında kənd təsərrüfatı, həmçinin müdafiə sahəsi dəxüsusi rol oynayır:

"Bu sahələrdə də əməkdaşlığın möhkəmləndirilməsi üçün genişimkanlar mövcuddur. Tarixi Zəfərimiz, suverenliyimizin tam bərpaedilməsi Azərbaycanın hərbi qüdrətinin təqdimatıdır. Baxmayaraq ki,zəfərlərə imza atmışıq, ordu quruculuğu istiqamətində görülən işlərdavam etdirilir. Hədəflər açıqlanarkən azad edilmiş ərazilərimizdəbərpa-quruculuq işləri ilə yanaşı, müdafiə gücümüzün artırılmasıxüsusi qeyd edilir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki,bərpa-quruculuq işlərinə 4 milyon manat vəsait ayrılırsa, müdafiəxərcləri 8,4 milyard manatdır. Məhz bu uğurlarımıza söykənərəkPrezident İlham Əliyev Somali Prezidenti ilə mətbuata bəyanatındaəminliklə qeyd etdi ki, müdafiə sahəsində əməkdaşlığımız mühümistiqamətlərdən biridir. Azərbaycan müdafiə avadanlığının əksərhissəsini istehsal edərək, güclü müdafiə sənayesi potensialınıyaradıb. Həmin avadanlıq həm bizə lazımdır, bu, həm də müasirmüdafiə avadanlığına malik olan 10-a yaxın ölkənin mühümixracatçısına çevrilmək imkanıdır. İkinci Qarabağ müharibəsi vəantiterror əməliyyatı hərbi qulluqçularımızın yüksək peşəkarlığınınümayiş etdirdi. Onlar altı və ya yeddi müdafiə xəttinə, müxtəlifmüdafiə istehkam infrastrukturuna baxmayaraq, təxminən otuz ilişğal altında olan ərazilərimizi çox mürəkkəb coğrafi relyefşəraitində azad edərək, Azərbaycanın ərazi bütövlüyünü vəsuverenliyini qısa müddət ərzində tam bərpa edə bildilər. Müdafiəsahəsində əməkdaşlıq, təlimlər və potensial qaydada müdafiəavadanlığının birgə istehsalı, Azərbaycandan Somaliyə onuntəchizatı əməkdaşlığımızın mühüm sahələrindən biri olmalıdır".

Milli Məclisin deputatı vurğulayıb ki, Azərbaycanın yenilikçi,innovasiyalar ölkəsi kimi nüfuz qazanması ölkələr arasındaəlaqələrin inkişafına öz müsbət təsirini göstərir:

"Azərbaycan brendi kimi tanınan “ASAN xidmət” layihəsibeynəlxalq səviyyədə təqdir edilir. Ölkəmizin dövlət idarəçiliyindətəkmil təcrübədən bəhrələnməsi davamlı inkişafın təmin edilməsindəəsas faktorlardan biridir. Səfər çərçivəsində imzalanan sənədlərdənbiri “Azərbaycan Respublikasının Prezidenti yanında VətəndaşlaraXidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə SomaliFederativ Respublikasının Prezidentinin Ofisi arasında dövlətxidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair AnlaşmaMemorandumu”dur. Prezident İlham Əliyev mətbuata bəyanatındabildirdi ki, Azərbaycanda artıq uğurla işləyən sistem – ASAN dövlətxidmətləri sistemi bir çox beynəlxalq mükafatlara layiq görülüb. Ənmühüm mükafat isə Azərbaycan xalqının verdiyi qiymətdir. ÇünkiAzərbaycanda ASAN xidmətlərin bəyənilmə reytinqi 100 faizəyaxındır. Bu, həqiqətən göstərir ki, həmin xidmət insanlarınhəyatını daha da asanlaşdırır".

Vüqar Rəhimzadə tərəfdaşlığımızın mühüm sahəsi kimi beynəlxalqtəsisatlarda qarşılıqlı dəstəyi xüsusi vurğulayıb. Bildirib ki,Türk Dövlətləri Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatıçərçivəsində Afrika ölkələri ilə əlaqələrin genişləndirilməsiistiqamətində mühüm addımlar atılır:

"Azərbaycan həm siyasi, həm də iqtisadi sahədə bu iki regionarasında əlaqələrin inkişafına töhfə verən əsas aktorlardanbiridir. BMT, İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalqqurumlarda əlaqələr yüksək səviyyədədir. Somali Prezidenti HasanŞeyx Mahmud münasibətlərimizin tarixində Azərbaycana səfər edən ilkSomali Prezidenti olmaqdan böyük şərəf duyduğunu bildirdi. Qeydetdi ki, imzaladığımız sazişlər Azərbaycanın təcrübəsindən istifadəetmək üçün strukturlu çərçivə rolunu oynayır. Həmçinin ölkələrimizvə xalqlarımız üçün yeni imkanlar açır. Bugünkü əməkdaşlığımızölkələrimiz arasında möhkəm iqtisadi və diplomatik münasibətlərinəsasını qoyur. Somali Azərbaycanın enerji, infrastruktur,təhlükəsizlik və təhsil sahələrində liderliyini yüksəkqiymətləndirir".

Избранный
11
5
az.trend.az

6Источники