ABŞ alimləri dünyanın ən qədim canlı orqanizmini tapıblar.
Milli.Az bildirir ki, bu "Pando" kimi tanınan qovaqların (Populus tremuloides) koloniyasıdır və ABŞ-nin Yuta ştatında təxminən 43 hektar ərazidə yerləşir.
"Orqanizm tək kök sistemi ilə bağlanmış genetik cəhətdən eyni ağaclardan ibarət bir klondur", - deyə məlumatda vurğulanıb.
Alimlərin fikrincə, heyrətamiz bağın ilk fidanı təxminən 80 min il əvvəl böyüyüb.
Ekoloqlar hesab edirlər ki, "Pando"nun mövcudluğuna təcrid olunmuş ağacları məhv edən yanğınlar çox kömək edib; klonun kökləri yerdəki fəlakətlərdən salamat çıxıb və sonradan yeni gövdələrə həyat verib.(oxu.az)
Milli.Az