Stolüstü tennisçimiz beynəlxalq yarışın mükafatını qazandı
Apasport.az xəbər verir ki, stolüstü tennisçi Onur Quluzadə Türkiyədə təşkil olunan “WTT Youth Contender” turnirində bürünc mükafat qazanıb.
U17 kateqoriyasında yarışan Onur inamlı oyun sayəsində yarımfinala yüksəlsə də bu mərhələdə dünya birinciliyinin mükafatçısı Benyamin Faraciyə (İran) 2:3 hesabı ilə uduzaraq üçüncü yerlə kifayətlənib.
Qeyd edək ki, Onur Quluzadə ilə Yağmur Məmmədli sabah U15 kateqoriyasının qarışıq-qoşa mübarizəsində final görüşunə çıxacaq. Nevşehirdə keçirilən yarışa fevralın 15-də yekun vurulacaq.
Stolüstü tennisçilərimiz Dohada daha bir uğura imza atıblar
Stolüstü tennis hakimləri üçün seminar keçirilir
Stolüstü tennisçilərimiz Qətərə yollanıb
Stolüstü tennisçimiz Çinə yollanıb
Stolüstü tennis turnirinə yekun vuruldu