Bakı. Trend:
Şahmat üzrə Azərbaycan çempionatında final mərhələsinin ilkoyunları keçirilib.
Trend xəbər verir ki, kişişahmatçıların finalında Şəhriyar Məmmədyarovla Rauf Məmmədovheç-heçə oynayıb. Qadınların həlledici görüşündə isə GövhərBeydullayeva Günay Məmmədzadəyə qalib gəlib.
3-cü yer uğrunda partiyada Ülviyyə Fətəliyeva GülnarMəmmədovadan güclü olub.
Sabah medallar uğrunda görüşlərdə cavab partiyalarıoynanılacaq.
Qeyd edək ki, kişilərin yarışında qalib 20 min, qadınlarda isə10 min manat qazanacaq.