Bu gün mərhum aktyor Azər Baxşəliyevin ölümündən 40 gün ötür.
Bakupost.az xəbər verir ki, "Xəzər axşamı" proqramında Azərlə bağlı süjet hazırlanıb. Aktyorun memar həyat yoldaşı Nigar Seyid onunla tanışlığından, birlikdə yaşadıqları çətinliklərdən söz açıb. O, bu il ilk dəfə qızı ilə virusa yoluxduğu üçün Yeni ili ayrı qeyd etdiklərini bildirib:
"Ürəyimdə xal qaldı ki, Yeni ili ilk dəfə birlikdə qeyd etmədik. Fikrimizdə var idi ki, yanvarın 13-də köhnə Yeni ili qeyd edərik".
N.Seyid bu gün onu ilk dəfə yuxuda gördüyünü bildirib:
"Bu gün ilk gecə idi ki, Azəri yuxuda gördüm. Xatırlamıram necə görmüşəm. Sabah Sevgililər günüdür. İlk dəfədir ki, 14 fevralda mən ona gül aparacağam. Hər il mənə gül verirdi. Əhvalım olmayanda mənə gül alırdı. Mənimlə görüşə gələndə maşının oturacağına gül qoyurdu".
Qeyd edək ki, Azər uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib. O, yanvarda dünyasını dəyişib. Azər və Nigarın bu nikahdan Züleyxa adlı bir qız övladı var.
Daha ətraflı videomaterialda: