RU

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaranma gününü qeyd edib

Fevralın 13-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 13-cü ildönümü münasibətilə qurumun rəisi Mürsəl İbrahimov və şəxsi heyət Fəxri xiyabanı ziyarət edərək Ulu Öndər Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyub, əziz xatirəsini dərin ehtiramla anıblar.

Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, ziyarət zamanı görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçək dəstələri düzülüb.

Daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının unudulmaz xatirəsi yad edilib, “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyulub.

Ziyarətdən sonra Xidmətin aparatında qurumun yaradılmasının 13 illiyinə həsr olunan mərasim keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə Mürsəl İbrahimov görülmüş işlər barədə ətraflı məruzə ilə çıxış edib. O, son illər ərzində Dövlət Xidmətinin fəaliyyətindəki inkişaf, aparılan islahatlar, həmçinin Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən qarşıya qoyulan tapşırıqların icrasının gedişatı barədə ətraflı məlumat verib.

Tədbirdə Dövlət Xidməti tərəfindən 2024-cü ildə görülən işlərdən bəhs edən qısa videoçarx nümayiş olunub.

Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məsul şəxsi Tehran Babatov tərəfindən Xidmət rəisinin imzaladığı əmrlər elan olunaraq fərqlənənlərə hərbi rütbələr, medallar və fəxri fərmanlar təqdim edilib.

Избранный
17
24
yeniazerbaycan.com

10Источники