Türkiyədə Sevda Taşçı adlı qadın bir daşınmaz əmlak agenti vasitəsilə Mamak rayonundakı evini 1200 lirəyə kirayələyib.
News24.az bildirir ki, Taşçı 1 ildən sonra 100%-dən çox artım tələbini qəbul etməyən kirayəçisinə özünün qalacağını deyərək evi boşaltmasını istəyib.
Bunu qəbul etməyən kirayəçi 3 min lirə kirayə haqqı qarşılığında evdə yaşamağa davam edib. Bunu görən Taşçı ondan şikayət edib.
Ankara 6-cı Sülh Məhkəməsi 2 illik müddətin sonunda kirayə müqaviləsi imzalayarkən evdən çıxarılma bildirişinə imza atan kirayəçinin zərurət səbəbindən evi boşaltmasına qərar verib.
Zəhraxanım Şeydayeva