RU

Mərmərə Qrupunun rəhbəri: COP29-un uğurlu təşkili Azərbaycanın beynəlxalq aləmdəki rolunun göstəricisi oldu

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan bu gün müasir dövlət olaraq Qafqazın sabitliyi və təhlükəsizliyinin təminatçısıdır. Son illər Azərbaycanın ev sahibliyi ilə keçirilən saysız-hesabsız mühüm beynəlxalq tədbirlər, eləcə də xarici platformalarda uğurlu təmsilçilik və beynəlxalq aləmdə söz sahibinə çevrilməsi ölkənin bugünkü rolunu və mövqeyini açıq şəkildə göstərir. Təkcə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, 80-dən çox ölkədən dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən COP29 bunun ən bariz nümunəsidir. Xüsusilə də COP29-un iştirakçı ölkələrin böyük rəğbətini qazanması, tədbir çərçivəsində aparılan iqlim müzakirələrində əldə olunan həmrəylik və hədəflər Azərbaycanın beynəlxalq aləmdə söz sahibi ölkəyə çevrilməsinin göstəricisidir. Ölkənin beynəlxalq arenadakı uğurlarından danışarkən əlbəttə ki, Qarabağ probleminin beynəlxalq hüququn prinsipləri və normalarına, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həll edilməsi, bununla da bölgədə sülhün təmin olunması Azərbaycanın beynəlxalq aləmdə böyük uğuru kimi tarixə düşüb.

Hafta.az xəbər verir ki, bu fikirləri azertac-a açıqlamasında Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver ifadə edib.

Professor deyib ki, Prezident İlham Əliyevin düzgün siyasəti nəticəsində bu gün Azərbaycan təkcə Qafqazda deyil, qlobal arenada da sülh, sabitlik və inkişaf nümunəsi, təhlükəsiz ölkə kimi tanınır. “Bu gün münaqişələrin və qarşıdurmaların yaşandığı coğrafiyamızda Rusiya, Çin, Avropa İttifaqı və ABŞ ilə münasibətləri düzgün xətt üzrə davam etdirmək böyük diplomatik uğurdur. Bu, yalnız doğru idarəçilik sayəsində mümkün ola bilər. Altmış il əvvəl Paris “İşıqlar şəhəri” adlandırılırdı, bu gün isə Bakı onu geridə qoyacaq miqyas və diplomatik əhatə dairəsinin genişliyi baxımından həqiqi işıqlar şəhərinə çevrilib. Bakı ilə yanaşı, viran qalmış vəziyyətdə işğaldan azad edilən Şuşa, Ağdam, Füzuli və Xankəndi kimi tarixi Azərbaycan torpaqları da çox qısa zamanda sivilizasiya mərkəzinə çevrilib, bu inkişaf hələ də davam edir. Bütün bunlar ölkənin təkcə xarici deyil, eyni zamanda, düzgün daxili siyasətinin də bariz göstəriciləridir. Bunları nə üçün deyirəm? Çünki Azərbaycan dünya dövləti olaraq bu gün təkcə siyasəti və ya iqtisadi uğurları ilə deyil, həm də tarixi, mədəni, bəşəri, yəni, insanı insan edən bütün dəyərlərə göstərdiyi böyük hörməti ilə də seçilir. Bu, Azərbaycan şəhərlərinin estetik görünüşündə də özünü göstərir”, - deyə o vurğulayıb.

Akkan Suver deyib ki, beynəlxalq aləmdə saysız-hesabsız tərəfdaşlıqlara imza atan Azərbaycan təkcə Türk dünyasının birliyinin formalaşmasına deyil, həm də İpək yolu təşəbbüsü çərçivəsində Çin ilə birgə yol xəritəsinin hazırlanmasına, Avropa İttifaqına üzv on ölkə ilə strateji tərəfdaşlığa, bunun kimi regional, qlobal sülh və inkişafa xidmət edən bir çox təşəbbüsə dəstək verib.

“Təbii ki, dünya ölkələri ilə münasibətlərdən bəhs edərkən Türkiyə ilə Azərbaycan arasındakı dostluğu və qardaşlığı vurğulamalıyıq. Ölkələrimiz arasında “Bir millət, iki dövlət” prinsipinə əsaslanan münasibətlər hər platformada qarşılıqlı dəstəyin və həmrəyliyin əsası olmaqla yanaşı, həm də bu gün dünyanın yüksələn ulduzu olan Türk birliyinin təminatçısıdır”, - deyə professor vurğulayıb.

Избранный
16
1
hafta.az

2Источники