RU

Pau Kubarsi 2029-cu ilədək “Barselona”da!

Futbol üzrə İspaniya milli komandasının mərkəz müdafiəçisi Pau Kubarsi “Barselona” ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, yanvar ayında 18 yaşı olan müdafiəçi ilə 4,5 illik sözləşmə imzalanıb. Beləliklə, ispaniyalı futbolçunun Kataloniya klubu ilə yeni müqaviləsinin müddəti 2029-ci ilin iyun ayının sonuna qədərdir.

Xatırladaq ki, tərəflər arasındakı əvvəlki müqavilənin müddəti 2027-ci ilin 30 iyununa qədər idi.

Mərkəz müdafiəçisi olan Pau Kubarsi futbola “Jirona”da qədəm qoyub. İspan müdafiəçi buradan 2018-ci ildə “Barselona”nın akademiyasına yol tapıb və böyük futbolda debüt edib.

Kubarsi cari mövsümdə “blauqrana”nın heyətində 36 oyuna çıxıb, 3 məhsuldar ötürmə ilə fərqlənib. Gənc oyunçunun “Barselona” karyerası ümumilikdə 60 oyun və 4 məhsuldar ötürmədən ibarətdir.

Pau Kubarsi 2024-cü ilin mart ayında debüt etdiyi İspaniya yığmasının heyətində 5 oyun keçirib, 1 məhsudlar ötürmə verib.

Kubarsinin qənimətlər muzeyində İspaniyanın U-17 yığması ilə qazandığı 2023-cü il Alqarve beynəlxalq turnirinin kuboku var.

“Transfermarkt” internet-portalı 18 yaşlı ispan mərkəz müdafiəçinin transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.

Избранный
86
arena.az

1Источники