RU

“Sakitləşdirmə siyasəti nəticə verməyəcək”

Avropa Birliyinin (AB) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonra ortaya çıxan mümkün sülh danışıqlarını şərh edib. Kallas danışıqlardan əvvəl Rusiyaya güzəştə getməyi sakitləşdirmə siyasəti adlandırıb və bu siyasətin nəticə verməyəcəyini vurğulayıb.

Tramp və Putin arasında formalaşan sülh zəmininin möhkəm olmadığını düşünən Kallas, “Danışıqlar hələ başlamamışkən biz niyə Rusiyaya bütün güzəştləri edirik? Bu, sakitləşdirmə siyasətidir və heç vaxt işə yaramadı”, – deyib.

Kallas, Avropa və Ukraynanın daxil olmadığı sülh danışıqlarının nəticə verməyəcəyini ifadə edərək, “Sizin Avropa və Ukraynaya ehtiyacınız var”, – deyib.

ABŞ-ın müdafiə naziri Pit Heqset Trampın Putinlə görüşündə qaldırılan məsələlərin Ukrayna üçün problem yaratmayacağını, sülh üçün həm Rusiya, həm də Ukraynanın qarşılıqlı güzəştlərinin qaçılmaz olduğunu iddia edib.

Избранный
18
vaxt.az

1Источники