Türkiyənin Bingöl bölgəsində sərnişin avtobusu dərəyə aşıb.
Modern.az bu barədə TRT kanalına istinadən xəbər verir.
Sərnişin avtobusu Bingöl-Diyarbəkir avtomobil yolunun Doğanca kəndi ərazisində idarəetməni itirib.
Məlumata görə, qəza nəticəsində 4 nəfər ölüb, 32 nəfər xəsarət alıb.
Hadisə yerinə çoxlu sayda təcili yardım və xilasedici göndərilib.