RU

ÇL-də həftənin ƏN YAXŞISI seçildi

Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Bizim.Media UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, Dortmund "Borussiya"sının hücumçusu Seru Girassi olub. 28 yaşlı qvineyalı futbolçu sorğuda Vinisius Junior (“Real”), Vanqilis Pavlidis (“Benfika”) və İqor Payxaonu (“Feyenoord”) qabaqlayıb.

Qeyd edək ki, Girassi “Sportinq”lə (3:0) görüşdə 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Xatırladaq ki, Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları 18-19 fevralda keçiriləcək.

Bizim.Media

Избранный
38
1
bizim.media

5Источники