RU

“Betis” Konfrans Liqasında darmadağına sevindi

Bu gün futbol üzrə Konfrans Liqasında 2024/2025-ci illər mövsümünün pley-off mərhələsinin (1/16 final) ilk oyunları keçirilib.

Arena.az xəbər verir ki, bu mərhələnin ilk oyunlarının hamısı eyni günə təsadüf edib.

İspaniya təmsilçisi “Betis” səfərdə Belçikanın “Gent” komandasının qonağı olub. Rəqibini 3 cavabsız qolla məğlub edən La Liqa təmsilçisi demək olar, növbəti mərhələyə vəsiqənin taleyinə aydınlıq gətirib.

Digər maraqlı görüş Danimarkada baş tutub. “Kopenhagen” doğma meydanda Almaniyanın “Haydenhaym” komandası ilə qarşılaşıb. Bu görüşdə də Bundesliqa təmsilçisi səfər qələbəsinə imza atıb.

“Çelye” – APOEL və “Omoniya” – “Pafos” görüşlərində isə heç-heçə qeydə alınıb.

Xatırladaq ki, Konfrans Liqasında pley-off mərhələsinin cavab görüşləri fevralın 20-də keçiriləcək.

Konfrans Liqası
Pley-off mərhələsinin ilk oyunları

13 fevral

“Baçka Topola” (Serbiya) – “Yagelloniya” (Polşa) 1:3
Qollar: Mbunqu, 28 İmaz, 31; 89. Pululu, 81.

“Çelye” (Sloveniya) – APOEL (Kipr) 2:2
Qollar: Kuçis, 2; 59 – Abaqna, 32. Laifis, 70.

“Vikinqur” (İslandiya) – “Panatinaikos” (Yunanıstan) 2:1
Qollar: Atlason, 13. Vilyalmsson, 56 – İoannidis, 90+1-pen.

“Molde” (Norveç) – “Şemrok Rovers” (İrlandiya) 0:1
Qol: Nunan, 57.

“Gent” (Belçika) – “Betis” (İspaniya) 0:3
Qol: Antoni, 47. Bakambu, 72. Altimira, 84.

“Borats” (Bosniya və Herseqovina) – “Olimpiya” (Sloveniya) 1:0
Qol: Oqrineç, 90+1.

“Omoniya” (Kipr) – “Pafos” (Kipr) 1:1
Qollar: Semedo, 51-pen – Orşiç, 84.

“Kopenhagen” (Danimarka) – “Haydenhaym” (Almaniya) 1:2
Qollar: Larsson, 45+1 – Keller, 59. Siersleben, 85.

Избранный
49
1
arena.az

2Источники