RU

ADPU və Antalya Belek Universiteti arasında əməkdaşlıq görüşü keçirilib

Fevralın 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Türkiyənin Antalya Belek Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.

ADPU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, görüş zamanı iki universitet arasında təhsil, elmi-tədqiqat və akademik mübadilə sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib. Görüşün sonunda ADPU və Antalya Belek Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

Daha sonra qonaqlar Pedaqoji Universitetdə fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi, TÜRKSOY kafedrası və Türkoloji Mərkəzin fəaliyyətləri ilə tanış olublar.

Görüşdə Antalya Belek Universitetinin Himayəçilər Şurasının sədri Əkrəm Çalkılıç, inzibati işlər müdiri Sinan Ərdəm, Himayəçilər Şurası sədrinin müşaviri və müəllim Həsən Özcan, Dizayn fakültəsinin müəllimi Nərmin Əzizzadə Jular, həmçinin universitetin fəxri doktoru Könül Qasımova, ADPU tərəfindən isə universitetin rektoru professor Cəfər Cəfərov, elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov, Tədris departamentinin direktoru dosent Sənan Əliyev və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova iştirak ediblər.

Избранный
25
2
tehsil.biz

3Источники