Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XI tura bu gün start veriləcək.
"Report"un məlumatına görə, turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Əvvəlcə "Milli Aviasiya Akademiyası" "Azərreyl"lə üz-üzə gələcək. Daha sonra "Murov Az Terminal" UNEC-i sınağa çəkəcək.
Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.
Yüksək Liqa
Qadınlar
XI tur
14 fevral
16:00. “Milli Aviasiya Akademiyası” - “Azərreyl"
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi
18:00. "Murov Az Terminal" - UNEC
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi
Qeyd edək ki, XI tura sabah keçiriləcək "Gəncə" - "Abşeron" görüşü ilə yekun vurulacaq. Qarşılaşma Gəncə İdman Sarayında baş tutacaq.