RU

Keçmiş həyat yoldaşı Tural Sadıqlıdan şikayətçidir – Şiddət..

“Azad söz” kanalının aparıcısı Tural Sadıqlının keçmiş həyat yoldaşı Şəlalə Məmmədova ondan şikayət edib.

Heftelok.az-ın Pravda.az saytına istinadən verdiyi məlumata  görə, hazırda Rusiya Federasiyasında yaşayan Şəlalə Məmmədova Tural Sadıqlı tərəfindən şiddətə məruz qaldığını bildirir. O, səs yazılarını və video görüntüləri xəbər kanallarına göndərib.

Şəlalə Məmmədova Tural Sadıqlı barəsində Almaniya Federal Prokurorluğuna müraciət etməyə hazırlaşdığını bildirib.

“Tural Sadıqlı ayrıldıqdan sonra sosial şəbəkələr üzərindən psixoloji basqıları davam etdirərək mənim geri qayıtmağımı tələb edir. Bu da bizim 7 yaşlı qızımız Aylinə psixoloji travma yaşadır” deyərək Ş.Məmmədova şikayət etməyə israrlı olduğunu qeyd edib.

Избранный
92
19
heftelik.az

10Источники