RU

ABŞ dövlət katibinin təyyarəsi texniki nasazlığa görə təcili Vaşinqtona qayıdıb

ABŞ dövlət katibinin təyyarəsi texniki nasazlığa görə təcili Vaşinqtona qayıdıb

Dövlət katibi Marko Rubio və Senatın Xarici Əlaqələr Komitəsinin sədri Cim Rişin olduğu ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə texniki nasazlıq səbəbindən Vaşinqtona qayıtmaq məcburiyyətində qalıb. Onlar Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya gedirdilər.

AP-nin məlumatına görə, hadisə cümə axşamı axşam saatlarında baş verib. Endryus Bazasından havaya qalxdıqdan təxminən 90 dəqiqə sonra Boeing 757 C-32-də pilot kabinəsinin ön şüşəsində problem yaranıb. Bu səbəbdən təyyarə hərbi bazaya qayıtmaq məcburiyyətində qalıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Tammy Bruce hadisəni təsdiqləyib və Rubionun "Almaniya və Yaxın Şərqə səfərini ayrıca təyyarə ilə davam etdirmək niyyətində olduğunu" bildirib.

“Gecikmənin dövlət katibi Rubionun və vitse-prezident J.D.Vansın cümə günü səhər Münhendə Ukrayna prezidenti Vladimir Zelenski ilə planlaşdırılan görüşünə təsir edib-etməyəcəyi bəlli deyil”.

S.ELAY

XQ

 

 

 

 

Избранный
1
1
xalqqazeti.az

2Источники