RU

Rubionun təyyarəsi təcili geri qayıtdı

Təhlükəsizlik konfransında iştirak etmək üçün Münhenə gedən ABŞ Dövlət katibi Marko Rubionun olduğu təyyarədə texniki nasazlıq aşkarlanıb.

KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bu barədə ABC məlumat yayıb.

Məlumata görə, təyyarə Merilend ştatındakı Endryus Hərbi Hava Qüvvələri bazasına qayıdıb.

ABŞ Dövlət Departamenti hadisənin təfərrüatını açıqlamayıb.

Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransı fevralın 14-16-da baş tutacaq və Rubionun bu konfrans çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşü gözlənilir.

Избранный
2
1
konkret.az

2Источники