ABŞ prezidenti Donald Tramp Ağ Evdə Hindistanın baş naziri Narendra Modini qəbul edib. Manset.az xarici mediaya istinadən xəbər verir ki, görüşdən sonra onlar İsrail və İtaliyadan keçəcək yeni ticarət yolunun yaradılması təşəbbüsü ilə bağlı razılığa gəliblər. Tramp ticarət yolunun həyata yaradılması üçün konkret məbləğ və ya müddət göstərməyib. ABŞ prezidenti ticarət yolunun sudan və qurudan keçəcəyinə aydınlıq gətirib. “Biz bütün tarixin ən böyük ticarət yollarından birinin qurulmasına kömək etmək üçün birlikdə işləməyə razılaşdıq. O, Hindistandan İsrailə, İtaliyaya və daha sonra ABŞ-yə qədər uzanaraq tərəfdaşlarımızı limanlar, dəmir yolları və sualtı kabellərlə birləşdirəcək”. Qeyd edək ki, 2018-ci ildə Donald Tramp administrasiyası Hindistan polad və alüminium idxalına tarifləri artırıb.