RU

Xəstəxanada stent "BAZARLIĞI" - Əməliyyat masasında - VİDEO

İstanbulda özəl xəstəxanalardan birində qalmaqallı hadisə baş verib.

News24.az xəbər verir ki, B.T. adlı şəxs döş qəfəsi ağrıları ilə xəstəxanaya müraciət edib. O, angioqrafiya üçün əməliyyat otağına aparılıb. Əməliyyat davam edərkən xəstəxananın mühasibi heç bir qoruyucu paltar geyinmədən əməliyyat otağına daxil olub. Mühasib təcili yardım alan xəstə ilə danışıqlara başlayıb.

Mühasibin əməliyyat masasında xəstəyə "15, 18, 35 minə stent var. Mənim edə biləcəyim ən aşağısı 10-dur" deməsi eşidilib. Qəzəb doğuran görüntülərdən sonra Türkiyə Səhiyyə Nazirliyi araşdırmaya başlayıb.

Sözügedən xəstəxananın müvafiq bölməsinin fəaliyyətinin dayandırıldığı bildirilib. Bundan əlavə, xəstəxanaya inzibati cərimə də kəsilib. Pul danışıqlarına mane olmayan həkimlər barədə də İstanbul Tibb Palatasına məlumat veriləcəyi bildirilib.

Hadisədən görüntüləri təqdim edirik:

Günel Məlikzadə

Избранный
20
news24.az

1Источники