RU

ABŞ və Hindistan ticarət dövriyyəsini 500 milyard dollara çatdırmağı planlaşdırır – ÖZƏL

ABŞ və Hindistan 2030-cu ilə qədər ikitərəfli ticarət dövriyyəsini iki dəfədən çox artıraraq 500 milyard dollara çatdırmağı hədəfləyir. 

Olaylar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp və Hindistanın Baş naziri Narendra Modinin Vaşinqtonda keçirdiyi görüşün yekunlarına dair birgə bəyanatında qeyd olunub.

Görüş zamanı liderlər bir sıra strateji əməkdaşlıq məsələlərində razılığa gəliblər. ABŞ Hindistanda amerikalı mütəxəssislər tərəfindən nüvə reaktorlarının tikintisində iştirak edəcək. Bundan əlavə, Vaşinqton Hindistana neft və maye qaz tədarükündə əsas tərəfdaş olmaq niyyətini ifadə edib.

Tərəflər süni intellekt və yarımkeçiricilər sahəsində əməkdaşlığı da genişləndirməyi planlaşdırır. Donald Trampın sözlərinə görə, Hindistan öz növbəsində ABŞ mallarına tətbiq olunan tarifləri azaltmağa hazırdır.

Analitiklər hesab edirlər ki, iki ölkə arasındakı iqtisadi və texnoloji əməkdaşlığın dərinləşməsi Asiya-Sakit okean regionunda və qlobal bazarlarda mühüm təsir göstərəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
12
olaylar.az

1Источники