RU

Ötən il Trendyol Azərbaycana 20 milyondan çox məhsul göndərib, 60 faizdən çoxu geyimlər olub

Dünyanın əsas e-ticarət platformalarından biri və Türkiyənin aparıcı e-ticarət platforması Trendyol Azərbaycandan olan müştərilərinin 2024-cü il üzrə alış-veriş məlumatlarını paylaşıb.

"Trendyol Azərbaycan" şirkətindən Marja-ya verilən məlumata görə, ötən il ərzində Trendyol Azərbaycana 20 milyondan çox məhsul göndərib. Müştərilərin ən çox sifariş etdiyi məhsullar qadın geyimləri, idman ayaqqabısı, kosmetika və dəriyə qulluq vasitələri və ev və mətbəx əşyaları olub. ‘’Trendyol’’dan ən çox sifariş olunan məhsullar arasında geyim 60%-dən yuxarı olmaqla yenə də birinci yeri tutub.

İl ərzində 500 milyondan çox ziyarət edilən Trendyol platformasının gündəlik aktiv istifadəçilərinin sayı 788 min nəfər təşkil edib.

Ən çox alış-veriş edənlər Bakı, Abşeron, Sumqayıt sakinləridir.

Ötən il Azərbaycandan bu platforma vasitəsilə sifariş edən müştərilərin 70%-i qadınlar olub.

Trendyol öz müştərilərinə tekstil məhsullarından elektronikaya, uşaq qidalarından ev dekorasiyasına qədər 1500-dən artıq kateqoriyada məhsul təqdim edir.

Hazırda “Trendyol”un Azərbaycanda 2 milyondan çox müştərisi var. Son iki ildə Trendyol tətbiqi Azərbaycanda ən çox yüklənən mobil tətbiq olub.

Trendyol bu yaxınlarda Bakı Biznes Klubu tərəfindən ‘’İlin ən yaxşı e-ticarət platforması’’ mükafatına layiq görülüb.

trendyolazərbaycan tekstil uşaq qidaları ev dekorasiyası qadın geyimləri idman ayaqqabısı kosmetika dəriyə qulluq vasitələri ev və mətbəx əşyaları
Избранный
43
17
marja.az

10Источники