ABŞ prezidenti Donald Tramp Hindistana hərbi satışları artıracaqlarını bildirib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Tramp bu haqda cümə axşamı Hindistanın baş naziri Narendra Modi ilə birgə mətbuat konfransında deyib: \"Bu ildən başlayaraq Hindistana hərbi satışlarımızı milyardlarla dollar artıracağıq. Biz həmçinin Hindistana F-35 gizli döyüş təyyarələrinin tədarükü üçün zəmin hazırlayırıq\".
Tramp məsələ ilə bağlı təqvim və ya digər təfərrüatları açıqlamayıb.
Gülay