RU

Hikmət Hacıyev televiziya işçilərini TƏBRİK ETDİ

Bu gün – 14 fevral Azərbaycanda televiziya yayımına başlanıldığı gündür.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev paylaşım edib.

O qeyd edib ki, 1956-cı ilin məhz bu günündə Şərqdə ilk televiziya ölkəmizdə “Diqqət-diqqət, göstərir Bakı” sözləri ilə efirə çıxaraq xalqımızın siyasi və mədəni həyatında yeni bir mərhələ açıb.

"Bu gün televiziya kanallarımız məzmun və format baxımından daim yenilənir, təqdim olunan hər verilişdə, hər videosüjetdə yaradıcı kollektivin peşəkarlığı və zəhməti aydın hiss olunur. Bu əlamətdar gün münasibətilə televiziya işçilərini səmimi qəlbdən təbrik edir, onlara yaradıcılıq uğurları və yeni nailiyyətlər arzulayıram", - Hikmət Hacıyev bildirib.

1416489

1416491

1416492

Избранный
10
30
redaktor.az

10Источники