"Oyundan öncə də heyətimizdə itkilər olduğunu demişdim. İlk "11-liy"i müəyyənləşdirirkən belə problemləriimiz var. Amma nə olursa-olsun, bu qədər zəif oynamağa haqqımız yox idi".
Bu sözləri Avropa Liqasının pley-off mərhələsində "AZ Alkmaar"a 1:4 hesablı məğlubiyyətdən sonra "Qalatasaray"ın baş məşqçisi Okan Buruk deyib.
51 yaşlı çalışdırıcı səfərdə zəif təsir bağışlamalarının səbəblərini açıqlayıb: "Hər şeyi pis etdik. Müdafiə oluna bilmədik, top bizdə olarkən, oyunumuzu göstərə bilmədik. Topu nəzarətimizdə saxlayıb, lazımi ötürmələr verə bilmədik. Bununla belə, fasiləyə 1:2 hesablı məğlubiyyətlə yollandıq. İkinci hissədə çatışmazlıqları aradan qaldıracağımıza inanırdıq".
"Qalatasaray"ın baş məşqçisi Kaan Ayhanın 51-ci dəqiqədə qırmızı vərəqə almasına da təəsüflənib: "İkinci hissədə dördlü müdafiəyə keçdik. Abdulkerim və Kaanın sarı vərəqə alması məni qorxudurdu. Onların birə-bir mübarizələrdə riskli oynayacaqlarından çəkinirdim. Təəssüf ki, qırmızı vərəqə aldıq. 10 nəfər qaldıqdan sonra da müdafiədə etibarlı oynamağı bacarmadıq. Bizim üşün çox pis gün oldu".
Məğlubiyyətə baxmayaraq, Okan Buruk 1/8 final çıxmaq üçün ümidlərini üzməyib: "Futbolda hər şey ola bilər. Böyükhesablı məğlubiyyətlərdən sonra geridönüşlər çox olub. Buna inanırıq. Cavab görüşündə məyus etdiyimiz azarkeşlərin könlünü almağa çalışacağıq".//Offsideplus.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта