Ajans.azTürkiyə KİV-ə istinadən xəbər verir ki, qonşuları məşhur müğənniyə qarşı məhkəmə iddiası qaldırıb.
Belə ki, Pekkan Bodrumda 4 mərtəbəli dəbdəbəli villasını təmir etmək üçün 10 nəfərlik bir qrupunu işə götürüb. 7 aydır davam edən təmir sənətçinin qonşularını təngə gətirib. Onlar bu səbəbdən müğənniyə xəbərdarlıq ediblər. Təmir prosesinin vaxtında tamamlanmaması və hər gün gələn tikinti maşınlarının yaratdığı səs-küydən narahat olan qonşular çarəni Pekkanı məhkəməyə veriblər.