RU

14 ştat Maskı məhkəməyə verdi

Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri Maskın dövlət qurumlarına çıxışı və onlara təsiri ABŞ-da müzakirə mövzusu olmaqda davam edir.

“The Hill” qəzetinin məlumatına görə, Nyu Meksiko, Arizona, Miçiqan, Kaliforniya, Konnektikut, Havay, Merilend, Massaçusets, Minnesota, Nevada, Oreqon, Rhode Island, Vermont və Vaşinqton ştatları Tramp, Musk və DOGE-yə qarşı iddia qaldırdıqlarını açıqlayıb.

ABŞ-ın 14 ştatı İlon Maska və ABŞ prezidenti Donald Trampa qarşı milyarder Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) direktoru vəzifəsinə təyin edilməsinin konstitusiyaya zidd olduğunu iddia edərək məhkəməyə müraciət edib.

Həmin ştatların təqdim etdiyi petisiyada Maskın DOGE-nin direktoru vəzifəsində tutduğu mövqenin qanuna zidd olduğu bildirilib və amerikalı milyarderə verilən səlahiyyəti məhdud və nəzarətsiz güc kimi xarakterizə edilib.

Petisiyada həmçinin Maskın vəzifəsinin Senat tərəfindən təsdiq edilmədiyi və bununla da amerikalı milyarderin DOGE-nin direktoru vəzifəsinə təyin edilməsinin də qanun pozuntusu olduğu iddia edilib.

“Bunun millət üçün yaratdığı risklə bağlı heç bir illüziya olmadan, Prezident Tramp Konqresdən lazımi, qanuni icazə və onun fəaliyyətinə ağlabatan nəzarət olmadan cənab Maska demək olar ki, nəzarətsiz səlahiyyət verib”, - deyə müraciətdə bildirilir.

Maskın “ona verilən səlahiyyəti, ilk növbədə hökumətin idarə olunması ilə məhdudlaşaraq, hakimiyyət bölgüsünə zidd olan məhdudiyyətsiz xaos agentliyinə çevirdiyi” iddia edilən petisiyada milyarder iş adamının səlahiyyətlərinə xitam verilməsi tələb edilib.

Digər tərəfdən, Mask “X” sosial media hesabından verdiyi açıqlamada Trampın prezidentlik fərmanlarına qarşı son günlər açılan iddialara reaksiya verib.

“Hər hansı bir hakim hər hansı bir yerdə prezidentin hər hansı aksiyasını dayandıra bilərsə, biz demokratiyada yaşamırıq”, – Mask deyib.

Milyarder iş adamı Maskın rəhbərlik etdiyi DOGE yanvarın 20-də ABŞ prezidenti kimi and içmiş Donald Tramp tərəfindən “federal israfçılığın qarşısını almaq” məqsədi ilə yaradılıb.

Избранный
9
2
vaxt.az

5Источники