RU

Rəqəmsallaşma sığorta sektorunda yeni imkanlar açıb

İnsanların və bizneslərin sığortaya daha çox maraq göstərməsi üçün yeni həllər və innovativ yanaşmalar üzərində işləmək lazımdır.

Xezerxeber.az xəbər verir ki, bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Müşahidə Şurasının sədri Ülviyyə Cabbarova Azərbaycan Maliyyə Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, sığortanın yalnız bir öhdəlik kimi deyil, həm də maliyyə təhlükəsizliyinin ayrılmaz hissəsi kimi qəbul edilməsi vacibdir.

“Son illərdə rəqəmsallaşma bu sektorda yeni imkanlar açıb. Onlayn sığorta xidmətlərinin geniş yayılması, elektron müqavilələrin tətbiqi və avtomatlaşdırılmış həllərin inkişafı müştərilər üçün prosesi daha rahat və əlçatan edib. 2024-cü ilin nəticələrinə əsasən, sığorta bazarının həcmi 1 milyard 353 milyon 185 min manat təşkil edib. Bu rəqəm sektorun maliyyə sistemindəki rolunun əhəmiyyətini göstərir. Biz qarşıda duran yeni imkanlar və çağırışları da diqqətdə saxlamalıyıq. Bu baxımdan Azərbaycan Mərkəzi Bankı tərəfindən hazırlanmış “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” sığorta sektoru üçün olduqca əhəmiyyətlidir. Biz sığorta sektoru olaraq maliyyə bazarının digər iştirakçıları - banklar, investisiya qurumları və texnologiya şirkətləri ilə daha sıx əməkdaşlıq etdikcə, sektorun potensialı daha da genişlənəcək", - deyə Müşahidə Şurasının sədri qeyd edib.

Избранный
7
2
xezerxeber.az

3Источники