RU

PSJ italiyalı qapıçının çıxışından narazıdır

Fransanın PSJ klubu əsas qapıçısı Canluici Donnarumanın çıxışından narazıdır.

"Report" "Lequipe" nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisi bu səbəbdən yeni qolkiper almaq niyyətindədir.

C.Donnarumanın yerinə əsas namizəd isə "Milan"da çıxış edən Mayk Menyandır. Ölkə çempionunun qısa siyahısında "Lill"in "çərçivə qoruyucusu" Lyuka Şevalye də var.

Qeyd edək ki, Canluici Donnaruma 2021-ci ilin yayında "Milan"dan PSJ-yə azad agent kimi keçib.

Избранный
4
1
report.az

2Источники