RU

Milli Məclisin növbəti plenar iclası başlayıb, gündəlikdə 15 məsələ var

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb.

"Report" xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 15 məsələnin müzakirəsi daxil edilib.

İclasda "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2024-cü ildə fəaliyyəti haqqında məruzəsi", İnzibati Xətalar, Mülki, Şəhərsalma və Tikinti Məcəllələrində, həmçinin “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Texniki təhlükəsizlik haqqında”, “Lisenziyalar və icazələr haqqında” və s. qanunlara təklif edilən dəyişikliklərin müzakirəsi nəzərdə tutulub.

Избранный
1
17
report.az

10Источники