RU

Yeniyetmə cüdoçularımız Avropa Kubokunda yarışacaqlar

Yeniyetmə cüdoçularımız fevralın 15-16-da Slovakiyanın Samorin şəhərində keçiriləcək Avropa Kubokunda iştirak edəcəklər.

Apasport.az xəbər verir ki, ölkəmiz yarışda oğlanlar arasında 8 çəki dərəsində 16 idmançı ilə təmsil olunacaq.

Anar Quliyev, İbrahim Talıbov (hər ikisi 50 kq), Məhəmmədli Hüsiyev, Rəsul Əlizadə (hər ikisi 55 kq), Zeyd Ələsgərov, İlkin Qarayev (hər ikisi 60 kq), Əli Hümbətov, Özqan Quliyev (hər ikisi 66 kq), Məhəmməd Ağakişiyev, Səid Şərifov (hər ikisi 73 kq), Amin Mehdiyev, Abdullah Rəhmətov (hər ikisi 81 kq), Nurəddin Əliyev, Emin Şirinov (hər ikisi 90 kq), Tunar Fərzəliyev, Sübhan Axundov (hər ikisi +90 kq) tatamiyə çıxacaqlar.

Cüdoçulara yeniyetmə oğlanlardan ibarət komandanın baş məşqçisi Emin İskəndərov və məşqçi Nicat Şıxəlizadə rəhbərlik edəcək.

Qeyd edək ki, A kateqoriyalı beynəlxalq dərəcəli hakim Rəşad Əliyev ədalət təmsilçiləri arasında yer alacaq.

33 cüdoçumuz Parisdə beynəlxalq təlim-məşq toplanışında iştirak edir

Yaponiyanın cüdo əfsanələri Bakıya gələcək

21 yaşadək cüdoçuların komanda yarışlarına yekun vurulub

Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də 3 medal qazanıb

Hidayət Heydərov “İlin kişi cüdoçusu” seçilib

Избранный
4
11
apasport.az

10Источники