RU

Azərbaycanda ödəniş bazarının 8 iştirakçısı lisenziya almaq üçün gözləyir

İndiyə qədər Azərbaycanın ödəniş bazarında fəaliyyət göstərən 31 şirkət müvafiq lisenziya almaq üçün Mərkəzi Banka müraciət edib ki, bunlardan da 8-nə hələ ki, lisenziya verilməyib.

Bunu “Azərbaycan Fintex Assosiasiyası” İctimai Birliyinin sədri Ruslan Talıbov Bakıda keçirilən Azərbaycan Maliyyə Forumunda bildirib.

Xatırladaq ki, Mərkəzi Bank indiyə qədər 14 şirkətə elektron pul təşkilatı, 8 şirkətə ödəniş təşkilatı, “AzəriCard” MMC prosessinq mərkəzinə isə elektron pul təşkilatı və ödəniş sistemi operatoru kimi fəaliyyət göstərmək hüququ verən müddətsiz lisenziyalar verib. Beləliklə, bu sahədə lisenziyası olan təşkilatların sayı 23-ə çatıb.

Lisenziyalar “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna əsasən verilib.

“Ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam edir”, – deyə Mərkəzu Bank bəyan edib.

R.Talıbov həmçinin deyir ki, tənzimləyici quruma xüsusi tənzimləmə rejimində iştirak üçün təqdim olunmuş müraciətlər daha çox virtual aktivlər, kriptovalyutalar və bu sahədə olan digər yanaşmalarla bağlıdır: “Ümumiyyətlə bir qayda olaraq maliyyə bazarlarında innovativ həll və texnologiyaların tətbiqi qanunvericilik islahatlarını qabaqlayır. Ancaq qeyd edilməlidir ki, fundamental qanunvericilik islahatlarının aparılması növbəti strateji dövrdə innovativ tərəqqinin əsas sütunlarından olacaq”.

©Report

Избранный
26
5
valyuta.az

6Источники