İstanbulun Üsküdar bölgəsindəki Küplüce məhəlləsində Atlas Çiçeği küçəsində baş verən torpaq sürüşməsi nəticəsində, əvvəllər karxana kimi istifadə edilən iki bina ehtiyat tədbiri olaraq boşaldılıb.
Milli.Az türk mediasına istinadən xəbər verir ki, sürüşmə zamanı xəsarət və ölüm olmayıb, lakin 9 mənzil və 3 mağazadan ibarət binalar bələdiyyə qrupları tərəfindən möhürlənib.
Təxliyə edilən sakinlərdən bəziləri qohumlarının yanına gedib, digərləri isə yaxınlıqdakı otellərə yerləşdirilib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Fidan
Milli.Az
Məqaləyə dair fotomateriallar:
![](https://news.milli.az/media/2025/02/14/1263462.jpg)