RU

Britaniyadan Ukraynaya tövsiyə: “Trampın təkliflərini rədd edin!”

“Mən onların yerində olsaydım, Trampa İlan adasının müdafiəçiləri kimi cavab verərdim”

Böyük Britaniyanın Müdafiə Nazirliyi Ukraynaya ABŞ Prezidenti Donald Trampın münaqişənin həlli ilə bağlı təkliflərini rədd etməyi tövsiyə edib. Turkustan.az xəbər verir ki, bu barədə “The Times” Britaniya Müdafiə Nazirliyindəki mənbələrə istinadən yazıb.

“Bəziləri dedi ki, ukraynalılar üç il vuruşdular, oğul və qızlarını itirdilər, gələcəklərinin müzakirəsindən kənarda qalmamalıdırlar. Mən onların yerində olsaydım, Trampa İlan adasının müdafiəçiləri kimi cavab verərdim”, - mənbə nəşrə açıqlamasında ukraynalı hərbçinin Rusiya hərbi gəmisinə qarşı işlətdiyi nalayiq ifadəni xatırladıb.

Nəşrin yazdığına görə, Britaniya Xarici İşlər Nazirliyi də Trampın siyasətindən narahatdır. Bundan əlavə, nəşr yüksək rütbəli avropalı məmurlar Amerika liderinin “Ukraynanı avtobusun altına atdığı” fikrindədirlər. Onlar Trampın hələ sülh danışıqları başlamamışdan əvvəl güzəştə getdiyi, Qərbin və Ukraynanın mövqelərini zəiflətdiyi barədə fikirlər səsləndiriblər.

Bundan əvvəl ABŞ-ın müdafiə naziri Pit Heqset Ukrayna münaqişəsi üzrə sülh danışıqlarına başlamaq üçün Rusiyanın güzəştə gediləcəyi zərurətini rədd edib./AYNA/

Избранный
5
turkustan.az

1Источники